Ukrayna Mətbuatı Xocalı soyqrımının 25-ci ildönümünə xüsusi diqqət ayırıb.
Ukrayna Mətbuatı Xocalı soyqrımının 25-ci ildönümünə xüsusi diqqət ayırıb.
Xocalı soyqrımının 25-cü ildönümü ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinin , Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Xocalıya Ədalət kompaniyası çərçivəsində Ukraynanın müxtəlif vilayət və şəhərlərində silsilə tədbirlər həyata şecirilib.Hər il olduğu kimi bu ildə Ukraynada fevral ayını “Xocalı ayı” elan edən soydaşlarımız, erməni vəhşiliyinin Ukrayna ictimaiyyətinə şatdırılmasında xüsusi fəallıq nümayiş etdiriblər.Bu il fevral ayının 15-dən sonunadək Azərbaycanın Ukraynadakı səfirliyinin və Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə Ukraynanın Xarkov,Dnepropetrovsk,Xmelnitsk, Kirovoqrad, Odessa ,Nikolayev,Pervomaysk, İvana-Frankovsk,Jitomir,Odessa, Çernovtsı, Kiyev, və digər şəhərlərinin mərkəzi küçə və meydanlarında,xüsusəndə, aeroport və magistral yolların qırağında Xocalı soyqrımını özündə əks etdirən BiqBordlar yerləşdirilib
Keçirilən tədbirlərə xüsusi maraq göstərən Ukraynanın aparıcı televiziya kanalları və kütləvi informasiya vasitələri ermənilərin Xocalı şəhərində törətdikləri kütləvi qətliamları qəddarlıq baxımından 20-ci əsrin ən amansız vəhşilik və soyqrım siyasəti kimi qiymətləndiriblər.
.Faciəsini 20-ci əsrin qan donduran vəhşilik aktı kimi təqdim edən Ukraynanın ART, UTR,Pershi Kasatski, Odessa,Dnepr,Xmelnitsk,Xarkov, Jitomir,Lvov və digər şəhərlərin məkəzi televiziya kanalları, reytinqli saytlar , və portallar erməni silahlı birləşmələrinin Xocalı şəhərində Azərbaycanlılara qarşı həyata keçirtdikləri amansız qəddarlıqları bəşər tarixinin vəhşilik səlnaməsi kimi xarakterizə ediblər.
(https://www.youtube.com/watch….
http://www.dancor.sumy.ua/news/newsline/195529
http://dozor.kharkov.ua/…/1184559.…//glavnoe.ua/news/n299653http://zhzh.info/news/2017-02-26-31387
https://www.youtube.com/watch?v=kGy2BJynxL0 - http://www.pda.zhitomir.info/news_163852.htmlhttps://www.youtube.com/watch?v=h4oltaHiExA
https://riafan.ru/631323-kievskie-azerbaidzhancy-v…/…/watch…
http://atr.ua/…/2752/hodzalinskij-genocid-vspominali-v-kieve
http://www.dialog.ua/…/112098_1488035218tm_source=gottstat_…
https://lb.ua/…/aze…/359643_prestuplenie_bez_nakazaniya.html
https://ru.1492news.com/news/40654_1488039391
https://www.youtube.com/watch?v=4OrrNXu7_bQ-
http://reporter.od.ua/25-letie
hodzhalinskogo-genotsida-azerbaydzhanskaya-obshhina-provela-den-pamyati/)
Xocalı soyqrımına xüsusi yer ayıran Ukraynanın Perşiy Kozatskiy televiziya kanalı Azərbaycan ,Ermənistav və Dağlıq Qarabağ probleminin yaranma səbəblərini çoxmilyonlu tamaşaçı auditoriyasına Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevdən hazırladıqları yarım saatlıq xüsusi proqramın vasitəsi ilə çatdırıblar .Jurnalistin çoxsaylı suallarına cavab verən səfir Azər Xudiyev ermənilərin son iki əsrdə xarici havadarlarının gücünə arxalanaraq Azərbaycan xalqına və dövlətinə qarşı həyata keçirtdikləri mərhələli işğalçılıq və soyqrım siyasətini tarixi faktlarla çoxmilyonlu tamaşaçıların diqqətinə çatdırıb. Xocalı faciəsinində ermənilərin son iki əsrdə xalqımıza qarşı həyata keçirtdikləri soyqrım siyasətinin tərkib hissəsi olduğunu bildirib. Səfir həmçinin, qurucusu və baş memarı Dahi Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin qlobal iqtisadi inkişaf tempindən söz açaraq ,prezident İlham Əliyevin rəhbərliyi altında istənilən zaman Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu vurğulayıb.(https://www.youtube.com/watch?v=wlsceqJ9lqc&t=283s https://www.youtube.com/watch?v=FnTWu6-LwKE )
Ukraynalı şairə və rəssam Darya Yeftuxovanın Xocalı soyqrımına həsr etdiyi şer və portret əsasında hazırlanmış video rolik Ukrayna mətbuatında geniş işıqlandırılıb. (https://www.youtube.com/watch?v=P9smD5kOAuA&feature=youtu.be )
.Milli diasporumuzun Kiyev və Odessa şəhərlərində ermənistan səfirliyinin və konsulluğunun qarşısında “Rəddol Qarabağdan” şüarı ilə keçirtdikləri etiraz aksiyalarıda Ukrayna mediasının xüsusi diqqət mərkəzində olub.