2017-03-10
Ukraynada Azərbaycan və Türk işadamları bir araya gəldi.

Kiyev şəhərində Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliy ilə Ukrayna Türk İşadamları Dərnəyinin birgə toplantısı keçirilib.Toplantıda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev,Türkiyənin Ukraynadakı səfiri Yönet Can Tezel,Azərbaycan ,Türkiyə və Ukraynadan olan İş adamları iştirak edib.Toplantıda çıxış edən Azərbaycan Ukrayna işadamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev və Ukrayna Türkiyə işadamları Dərnəyinin başqanı Burak Pəhlivan rəhbərlik etdikləri qurumların fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat veriblər. Son illər Azərbaycan və Türkiyənin iri şirkət və firmalarının Ukraynada yol ,tikinti və bir sıra infrastruktur layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyini bildiriblər.Bu istiqamətdə əməkdaşlığa dair birgə fəaliyyət proqramının hazırlandığını nəzərə çatdırıblar. Toplantıda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək,dünyanın harasında yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq Azərbaycan və Türk diaspora təşkilatlarının ,icmalarının və işadamlarının bir-birilərinə dəstək vermələrinin vacibliyini vurğulayıb. Vaxtilə Mustafa Kamal AtaTürkün “Azərbayvcanın sevinci sevincimiz,kədəri kədərimizdir” deyimini, Ulu Öndər Heydər Əliyevin isə “Azərbaycanla Türkiyə bir millət iki dövlətdir” kəlamını xatırlayan diplomat, Ukraynada çalışan Azərbaycan və Türk işadamlarının birgə fəaliyyət proqramı hazırlamasının tarixi əhəmiyyətindən bəhs edib.Toplantıya qatılan hər iki qardaş ölkənin iş adamlarına gələcək fəaliyytələrində uğurlar arzulayan Türkiyənin Ukraynadakı səfiri Yönet Can Tezel beynəlxalq arenada eyni mövqedən çıxış edən dövlətlərimizin gücünü və qüdrətini artırmaq üçün birliyə bə həmrəyliyə böyük eytiyacın olduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra Azərbaycan Ukrayna iş Adamları və Sənayeçiləri Birliyi ilə Ukrayna Türk İşadamları Dərnəyi arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb.Müqaviləyə əsasən 2017-cü ildə Azərbaycan və Türk iş adamları dərnəyi Ukraynada hər iki ölkənin tikinti,turizm,sənaye və digır sektorlarını özündə əks etdirən sərgi və yarmarkalr təşkil etməyi nəzərdə tutub.Bununla yanaşı hər iki qurum gələcəkdə Azərbaycan Türkiyə və Ukrayna iş adamlarının iştirak ilə biznes forumlararın təşkil olunmasını həyata keçirəcək .