Azərbaycan Respublikası Prezidentinin 2702 saylı. 02ş03ş2017-ci il tarixli 2017 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşləğı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncamına əsasən
Azərbaycan Respublikası Prezidentinin 2702 saylı. 02.03.2017-ci il tarixli 2017 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncamına əsasən.2017 -ci ilin mayın 15 - dən iyulun 15 -dək vizalar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələri tərəfindən rəsmiləşdiriləcəkdir.Viza rəsmiləşdirilməsi üçün əsas hesab edilən sənədlərdən biri :
- Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmələri təsdiq edən kart və ya digər sənəd.
- Bakı şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart.
- Eyni zamanda 2017 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (yalnız AR Prezidentinin 2016 - cı il 1 iyun tarixli 923 nömrəli "ASAN Viza" sisteminin yaradılması haqqında Fərmanına əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə - 81 ölkə ) " ASAN VIZA ' sistemi vasitəsilə elektron viza almaq imkanı olacaqdır