Ukraynada təhsil alan Azərbaycan vətəndaşlarının ali təhsil sahəsində ixtisaslarının tanınması üçün tələb olunan sənəd nümunələri!
Azərbaycan Respublikasının Təhsil Nazirliyindən daxil olmuş Azərbaycan vətəndaşlarının ali təhsil sahəsində ixtisaslarının tanınması üçün tələb olunan sənəd nümunələri ilə bağlı məlumatı diqqətinizə təqdim edirik.
Nostrifikasiya prosedurana uyğun olaraq xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması üçün tələb olunan sənədlərin siyahısına aşağıdakılar daxildir:
- Ali təhsil haqqında sənəd (əsli və dövlət notariusu tərəfindən təsdiq olunmuş, Azərbaycan dilinə tərcümə edilmiş surəti);
- Tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə
əlavə (əsli və dövlət notariusu tərəfindən təsdiq olunmuş Azərbaycan dilinə tərcümə edilmiş surəti);
- Şəxsiyyət vəsiqəsinin və xarici pasportun (sərhəd keçməni bildirən möhürlü səhifələri ilə birlikdə) surəti;
- Əmək kitabçasının surəti (qiyabi təhsil alanlar üçün);
- Hərbi biletin surəti və ya hərbi xidmətinin qeydiyyatı haqqında arayış;
- Nostrifikasiya üçün magistr diplomu təqdim edildiyi halda, bakalavr diplomunun surəti (bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, həmin diplom da eyni qaydada nostrifikasiya olunmalıdır).
Əlavə məlumat almaq üçün Təhsil Nazirliyinin www.nostrifikasiya.edu.az internet səhifəsinə daxil ola bilərsiniz.
Azərbaycanın Ukraynadakı Səfirliyinin mətbuat xidməti