2019-10-14

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanla bağlı məqalə dərc edilib

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin müəllifi olduğu “Yeni regionalizm nəzəriyyəsinin əsasları və Cənubi Qafqazda regional təhlükəsizlik problemləri” sərlövhəli məqaləsi dərc edilib.

İngilis və rus dillərində yayımlanan məqalədə regional təhlükəsizlik məsələlərinə toxunulub. Müəllif vurğulayıb ki, qlobal geosiyasi gərginliyin artması fonunda regional təhlükəsizliyin təmin edilməsi problemi daha da aktuallaşır.

“Təhlükəsiz və sabit regiondan etibarlı və sabit dünyaya keçidin məntiqi regional ölkələrdən müvafiq xarici siyasət tələb edir. Bu çərçivədə Azərbaycanın xarici siyasəti əvvəlcədən açıqlığı və konstruktivliyi ilə diqqət çəkir. Çünki Cənubi Qafqaz hər zaman dünyanın ən mürəkkəb, ziddiyyətli və xarici geosiyasi təsirlərə həssas bölgələrindən biri hesab olunub”, - deyə səfir məqaləsində qeyd edir.

Məqalədə A.Xudiyev region dövlətlərinin xarici siyasətini xarakterizə etmək üçün intellektual mühitdə geniş istifadə olunan “köhnə bölgəçilik” və “yeni regionalizm” anlayışları məsələlərin toxunub. Məqalədə yeni regionalizm nəzəriyyəsində beynəlxalq təşkilatlar və region dövlətlərin təsir imkanları təhlil olunub.

Arxiv üzrə axtarış