2020-07-15

Ali Radanın deputatı: Hərbi əməliyyatların yenidən başlanması erməni ictimaiyyətinin diqqətini daxili problemlərdən yayındırmağa istiqamətlənib

Hərbi əməliyyatların yenidən başlanması mənim fikrimcə, Ermənistanın hakimiyyət orqanlarının əhalinin diqqətini daxili problemlərdən Azərbaycanın simasında xarici düşmənə yönəltmək cəhdidir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Ukrayna Ali Radasının deputatı, Azərbaycan ilə Parlamentlərarası Dostluq Qrupunun həmsədri Valeri Kolyux bildirib.

Onun sözlərinə görə, ölkədə daxili çağırışların və ziddiyyətlərin öhdəsindən gələ bilməyən Ermənistanın hakimiyyət orqanları diqqəti Dağlıq Qarabağ münaqişəsi üzərində cəmləşdirir, bununla da öz xalqının ümdə informasiya maraqlarını müəyyən edirlər.

“Ukrayna daim beynəlxalq hüququn prinsiplərini dəstəkləyib, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində müdafiə edib və müdafiə edəcək”, - deyə V.Kolyux əlavə edib.

Arxiv üzrə axtarış