Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupu Ermənistanın hərbi təxribatını pisləyən bəyanat yayıb
Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun deputatları Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatı pisləyən bəyanat yayaraq Ali Rada rəhbərliyinə və daimi komitələrə təqdim edib.
Sənəddə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində müdafiə etdiyi bəyan olunur.
Bəyanatda Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən dərin narahatlığı ifadə edilir və tərəflər münaqişənin beynəlxalq hüququn qəbul olunmuş prinsip və normaları çərçivəsində həlli yollarını axtarmaqda davam etməyə çağırılır.