2020-07-17

İyulun 17-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba ilə telefon danışığı olub.

Daşnaksütyun təşkilatı Azərbaycan və Türkiyənin tarixi torpaqlarında "böyük Ermənistan" yaratmaq üçün terror qruplaşması olaraq yaradılıb. Bu partiyanın ən sevimli fəaliyyət metodu görkəmli siyasətçilərin və vəzifəli şəxslərin öldürülməsi idi. Bu ultra millətçi təşkilatın müasir davamçıları başa düşmürlər ki, İrəvandakı Ukrayna səfirliyi qarşısındakı etiraz aksiyası ilə öz əsl mahiyyətlərini nümayiş etdirilər.

Bu fikri Ukraynanın nüfuzlu obozrevatel.com saytına açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sədrinin müavini Murad Cəfərov söyləyib. O bildirib ki, erməni silahlı qüvvələrinin Azərbaycanla sərhəddə Tovuz istiqamətində təxribatı Ermənistanın daxili siyasi problemləri ilə əlaqədardır. Onun sözlərinə görə, koronavirusun geniş yayılması ərəfəsində Ermənistandakı daxili siyasi vəziyyət Paşinyanın xeyrinə olmadığı üçün daxili gərginliyi azaltmaq üçün Azərbaycana qarşı hərbi təxribata əl atır.

Arxiv üzrə axtarış