2020-07-18
İlin birinci yarısında Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 443 milyon dolları ötüb
Yanvar-iyun aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 443 milyon dolları keçib.
Ukrayna Dövlət Statistika Komitəsindən bildirilib ki, 6 ayda Azərbaycan bu ölkəyə 230,4 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 213 milyon dollar olub.
Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.