2021-05-27

Vitali Kliçko: Azərbaycan şirkətləri Ukraynada böyük investisiya layihələri həyata keçirir

Azərbaycanla Ukrayna arasında mehriban dostluq münasibətləri inkişaf edir.

Bu fikri mətbuata açıqlamasında 28 May - Respublika Günü münasibətilə təbrikini çatdıran Kiyev şəhər meri Vitali Kliçko söyləyib.

İki ölkə arasında münasibətlərin möhkəmləndiyini vurğulayan Vitali Kliçko Azərbaycanın qüdrətlənməsinə sevindiyini bildirib. “Biz Azərbaycanın inkişafını yüksək qiymətləndiririk və buna sevinirik”, - deyə o əlavə edib.

Qarşılıqlı investisiya qoyuluşuna toxunan mer vurğulayıb ki, Azərbaycan şirkətləri Ukraynada, o cümlədən Kiyevdə böyük investisiya layihələri həyata keçirir. Eyni zamanda, Ukraynada güclü Azərbaycan diasporu fəaliyyət göstərir.

Arxiv üzrə axtarış