2022-02-26

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ukraynadakı vəziyyətlə bağlı bu ölkə ərazisində daimi və müvəqqəti yaşayan, səfərdə olan Azərbaycan vətəndaşlarının qonşu ölkəkərə keçidi barədə məlumatı

Məlum olduğu kimi, Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisinə keçidi ilə bağlı diplomatik kanallarla əldə olunmuş razılıq əsasında Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası və Macarıstana quru yolla keçid imkanları ilə bağlı məlumat verilib. 

 

Son iki gün ərzində Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla 500-ə yaxın vətəndaşımız Moldova ərazisinə daxil olub. Vətəndaşlardan 50 nəfər Rumıniya ərazisindən hava yolu ilə Azərbaycana geri dönüb.

 

Ukraynanın Polşa ilə olan sərhəd-keçid məntəqələrindən quru yolla Polşa Respublikasının ərazisinə 190 vətəndaşımız keçib.

Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi obyektlərdən kənar olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.

 

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

 

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşlarımıza təqdim ediləcəkdir.

Arxiv üzrə axtarış