2023-03-13

20-24 mart 2023-cü il tarixləri arası gündəlik konsulluq qəbuluna fasilə veriləcək.

20-24 mart 2023-cü il tarixləri arası gündəlik konsulluq qəbuluna fasilə veriləcək.

Ukraynada qalmağa davam edən vətəndaşlarımızın diqqətinə çatdırmaq istərdik ki, Novruz bayramı ilə əlaqədar 20-24 mart 2023-cü il tarixlərində konsulluq qəbulu aparılmayacaq.

Konsulluq qəbulunun aparılmayacağı bu tarixlərdə vətəndaşlarımızın üzləşə biləcəkləri, təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarla bağlı +380735050000 telefon nömrəsinə zəng vurmağı, yaxud bu nömrənin vatsap tətbiqinə və ya kiev@mission.mfa.gov.az elektron poçt ünvanına aydın və təfsilatlı məktub yazmalarını xahiş edirik.

Elan olunmuş bu müddətin gündəlik konsulluq məsələləri səbəbindən yığılan digər zəruri iş həcminə sərf olunacağını nəzərə alaraq, qeyd olunan tarixlərdə həqiqətən təcili tədbir görülməsi tələb olunan hallarla bağlı müraciət olunmasını bir daha xahiş edirik.

Arxiv üzrə axtarış