2023-06-20

Bayram günlərində konsulluq qəbulu qrafiki barədə məlumat

Ukraynada qalmağa davam edən vətəndaşlarımızın diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü və Qurban bayramı ilə əlaqədar 26-28 iyun 2023-cü il tarixlərində konsulluq qəbulu aparılmayacaq.

Konsulluq qəbulunun aparılmayacağı bu tarixlərdə vətəndaşlarımızın üzləşə biləcəkləri, təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarla bağlı +380735050000 telefon nömrəsinə zəng vurmağı xahiş edirik.

Arxiv üzrə axtarış