2023-10-18

Səfir Seymur Mərdəliyev Poltava şəhərinə işgüzar səfər etmişdir.

17 oktyabr 2023-cü il tarixində səfir Seymur Mərdəliyev Ukraynanın Poltava şəhərində işgüzar səfərdə olmuşdur.

Səfər çərçivəsində S.Mərdəliyev Poltava Vilayət Dövlət Administrasiyasını sədri Filip Pronin, Poltava Vilayət Şurasının sədri Oleksandr Bilenkiy, Poltava şəhər şurasının sədri vəzifəsini icra edən Katerına Yamşçıkova ilə görüşmüşdür. Görüşlərdə iki dövlət arasında əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilmiş, vilayətin Azərbaycanla əməkdaşlıq imkanları və perspektivləri müzakirə edilmişdir.

Səfər çərçivəsində səfir Zinkovski uşaq evi-internatın direktoru Marina Pristupa ilə görüşmüş, Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsullu tərəfindən hazırlanmış televizor və printer avadanlığından ibarət humanitar yardımı təqdim etmişdir.

Həmin gün S.Mərdəliyev Poltava və Xarkov vilayətlərindən yaşayan həmvətənlərimizlə görüşmüş və bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.

     

 

Arxiv üzrə axtarış