2023-10-31

Ukraynanın Odessa vilayəti və yaxın ərazilərdə daimi, yaxud müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə

Ukraynanın Odessa vilayəti, o cümlədən yaxın ərazilərdə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırılır ki, 11 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin konsulluq şöbəsi tərəfindən Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılmışdır.

Ünvan: Одеса. Вул.Пушкинська 54. Дім «Азербайджан» Qəbul vaxtı: 09:30-dan -13:30-dək. Əlaqə telefonu: +380 73 505 00 00

Qeyd: Odessa Vilayətində təhlükəsizlik şəraitinin pisləşdiyi təqdirdə səyyar konsulluq xidməti təxirə salına bilər. Nəzərə alınması xahiş olunur.

Arxiv üzrə axtarış