2023-12-22

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Ukraynada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Ukraynada daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixi Ukrayna vaxtı ilə saat 18:00-dək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinə müraciət etmələri xahiş olunur.
 
Tel: +380 73 505 00 00
Elektron poçt: consul_kiev@mission.mfa.gov.az
 
Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və Ukraynada faktiki yaşadığı ünvan barədə məlumat mütləq təqdim olunmalıdır.
 
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, yetərli sayda seçici qeydiyyata alındıqda, seçki məntəqəsinin Kiyev şəhərində təşkili nəzərdə tutulur. Seçki məntəqəsinin təşkili barədə məlumat səfirliyin internet və sosial media səhifələrində elan ediləcək.

Arxiv üzrə axtarış