2023-12-25

Bayram günlərində konsulluq qəbulu barədə məlumat

Ukraynada qalmağa davam edən vətəndaşlarımızın diqqətinə çatdırmaq istərdik ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramlarında elan edilmiş rəsmi qeyri-iş günləri ilə əlaqədar 31 dekabr 2023-cü il tarixindən 5 yanvar 2024-cü il tarixinədək konsulluq qəbulu aparılmayacaq.
 
Konsulluq qəbulunun aparılmayacağı bu tarixlərdə vətəndaşlarımızın üzləşə biləcəkləri, təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarla bağlı +380 95 056 95 57 telefon nömrəsinə zəng vurmaq xahiş edilir.

Arxiv üzrə axtarış