2024-01-15

Səfir Seymur Mərdəliyev Ukrayna Fövqəladə Hallara qarşı Mübarizə Xidmətinin rəisi Volodımır Demçuk ilə görüşmüşdür

Səfir Seymur Mərdəliyev Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəisi Volodımır Demçuk ilə görüşmüşdür.

Azərbaycan və Ukrayna arasında hərtərəfli əlaqələrinin yüksək səviyyədə olduğunu, dövlət başçılarının son illərdə səfər və təmaslarının əməkdaşlıq üçün yeni perspektivlər açdığını bildirən səfir fövqəladə hallara qarşı mübarizə sahəsində əməkdaşlıq imkanlarını  qeyd etmişdir. O, ikitərəfli formatla yanaşı bu sahədə əməkdaşlığın Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM çərçivəsində də fəal olduğunu diqqətə çatdırmış, 2024-cü ildə təşkilatda sədrlik edən Azərbaycanın əməkdaşlığın bütün sahələrində olduğu kimi bu istiqamətə də diqqət ayıracağını vurğulamışdır.

V.Demçuk Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara görə minnətdarlıq ifadə etmiş, istər ikitərəfli, istərsə də çoxtərəfli formatlarda əməkdaşlığa hazır olduqlarını bildirmişdir.

  

Arxiv üzrə axtarış