Ukraynada müvəqqəti olan və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə
22 dekabr 2023-cü il tarixində verilmiş elanın davamı olaraq bildiririk ki, 2024-cü il 7 fevral tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçikləri ilə bağlı Azərbaycan Respublikasının Ukraynadakı səfirliyində seçki məntəqəsi yaradılmışdır.
Səsvermə 2024-cü il 7 fevral tarixində saat 08-00-dan 19:00-dək səfirliyin Kiyev şəhəri, Qlıboçitska 24 ünvanında yerləşən binasında təşkil olunacaq.
Səsvermə zamanı 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportu və ya etibarlı şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Məlumat üçün bildiririk ki, seçki günü Səfirlik tərəfindən konsulluq xidməti göstərilməyəcəkdir.