2024-02-11

ADA Universiteti 18-ci Bakı Yay Enerji Məktəbi layihəsini həyata keçirir

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, SOCAR, bp Azerbaijan, GL və KOLIN Azerbaijan şirkətlərinin dəstəyi ilə 8-19 iyul 2024-cü il tarixlərində 18-ci Bakı Yay Enerji Məktəbi layihəsini həyata keçirəcək. Bu ilki Enerji Məktəbi 8-16 iyul tarixlərində Bakı şəhərində, 18-19 iyul tarixlərində Gürcüstanın Tiflis şəhərində baş tutacaqdır.

Ənənəvi olaraq bu il də keçirilən ikihəftəlik sertifikat proqramı enerji və ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirəcəkdir. İştirakçılar enerji və ətraf mühit, enerji və iqlim dəyişikliyi hüququ və iqtisadiyyatı, enerji sənayesində idarəçilik, bərpaolunan enerji və Azərbaycanın, eləcə də Xəzər regionunun enerji sahəsindəki inkişaf strategiyasına dair məsələləri ətraflı şəkildə öyrənmək imkanı əldə edəcəkdir. Hər il yay məktəbinə təqribən 15 ölkədən müəllim heyəti və 50-yə qədər iştirakçı cəlb olunur. 

Yay məktəbində iştirak etmək üçün aşağıdakı keçid vasitəsilə müraciət etmək olar:

https://online.ada.edu.az/apply/modules/form_builder/published/summer_energy.php

Arxiv üzrə axtarış