2024-04-03
Lviv vilayətində yaşayan vətəndaş və soydaşlarımızın nəzərinə
Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyevin Lviv vilayətinə işgüzar səfəri çərçivəsində 5 aprel 2024-cü il tarixində saat 15:00-da vətəndaş və soydaşlarımızla görüşü planlaşdırılmışdır. Görüş tanışlıq, fikir mübadiləsi və üzləşilən çətinliklərin müzakirəsi məqsədilə təşkil edilir.
Ünvan: Lviv şəhəri, Oleksandr Fredro küçəsi 5, 79000. Nobilis mehmanxanasının konfrans zalı.
Görüşlə bağlı suallarınız olduğu təqdirdə r.j.sabir@gmail.com elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərsiniz.