2024-05-16

Lviv şəhərində səyyar konsulluq qəbulu barədə elan

Ukraynanın Lviv vilayəti və digər ətraf vilayətlərdə daimi və yaxud müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

Ukraynanın Lviv vilayəti və digər ətraf vilayətlərdə daimi və yaxud müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırılır ki, 25 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin konsulluq şöbəsi tərəfindən Lviv şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılmışdır.

Ünvan: Львів. Вул. Олександра Фредра, 5, Львів, Львівская область. Готел Нобіліс Львів. Qəbul vaxtı: 10:00-dan 13:00-dək. Əlaqə telefonu: +380 73 505 00 00

Qeyd: Lviv vilayətində təhlükəsizlik şəraiti pisləşdiyi təqdirdə səyyar konsulluq xidməti təxirə salına bilər. Nəzərə alınması xahiş olunur. 

 

Arxiv üzrə axtarış