Səfir Seymur Mərdəliyev Ukrayna insan hüquqları müvəkkili Dmıtro Lubines ilə görüşüb
Azərbaycanın müharibə dönəmində Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Dmitri Lubinets Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşündə söyləyib.
Görüş zamanı bir sıra mövzular, o cümlədən humanitar sahə, xüsusilə minalardan təmizləmə məsələsində Azərbaycandan Ukraynaya yardım, uşaq hüquqlarının müdafiəsi məsələləri, həmçinin xəsarət almış yetkinlik yaşına çatmayanlara reabilitasiya və psixoloji yardımın istiqamətləri müzakirə olunub.
Səfir Seymur Mərdəliyev öz növbəsində ölkəmizin bundan sonra da Ukraynaya humanitar yardımları davam etdirəcəyini qeyd edib. Bildirib ki, Azərbaycan müharibənin ilk günlərindən Ukraynaya öz yardımlarını edib.
Tərəflər gələcək əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında razılığa gəliblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev