2024-08-13

GUAM-ın müşahidə missiyası Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək

GUAM-ın müşahidə missiyası sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək.

Bu barədə AZƏRTAC-a GUAM-ın katibliyindən məlumat verilib.

Bildirilib ki, 5 nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatı Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili, həmçinin GUAM Katibliyinin proqram koordinatorları Səbuhi Tamirov və Teymuraz Kiladze daxildir.

GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Arxiv üzrə axtarış