2024-08-09

Ukrayna Ali Radasının nümayəndə heyəti Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

Ukrayna Ali Radasının nümayəndə heyəti sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux məlumat verib.

V.Kolyux bildirib ki, müşahidə missiyasına Ukrayna Ali Radasından 10 deputat daxildir. Hazırda müşahidə missiyasının proqramı hazırlanır. Ukrayna Ali Radasının müşahidə missiyası avqustun sonlarından Azərbaycanda səfərdə olacaq, seçkinin nəticələrinə dair hesabat hazırlayacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Arxiv üzrə axtarış