2025-03-17

Qeyri-iş günləri ilə bağlı elan

Ukraynada qalmağa davam edən vətəndaşlarımızın diqqətinə çatdırmaq istərdik ki, Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günləri elan olunmuş 20-31 mart 2025-ci il tarixlərində konsulluq qəbulu aparılmayacaq.

Konsulluq qəbulunun aparılmayacağı bu tarixlərdə vətəndaşlarımızın üzləşə biləcəkləri, təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarla bağlı +380 95 056 95 57  telefon nömrəsinə zəng vurulmasını xahiş edirik.

Arxiv üzrə axtarış