2025-05-26
Qeyri-iş günündə konsulluq qəbulu qrafiki barədə məlumat
Ukraynada qalmağa davam edən vətəndaşlarımızın diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar 28 may 2025-ci il tarixində konsulluq qəbulu aparılmayacaq.
Konsulluq qəbulunun aparılmayacağı bu tarixdə vətəndaşlarımızın üzləşə biləcəkləri, təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarla bağlı +380 95 056 95 57 telefon nömrəsinə zəng vurmağı xahiş edirik.