İvano-Frankivsk şəhərində səyyar konsulluq qəbulu barədə elan
Ukraynanın İvano-Frankivsk vilayəti, o cümlədən yaxın ərazilərdə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırılır ki, 07 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin konsulluq şöbəsi tərəfindən İvano-Frankivsk şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılmışdır.
Məlumat üçün bildiririk ki, vətəndaşların qəbulu zamanı pasport müraciətləri qəbul olunacaq.
Ünvan: Viaçeslava Çornovola küçəsi 7, “Готель Станіславів”
Qəbul vaxtı: 7 iyun 2025-ci il, saat 10:00-dan 14:30-dək
Əlaqə telefonu: +380 73 505 00 00