2026-03-05
Bayram günlərində konsulluq qəbulu qrafiki barədə məlumat
Bayram günlərində konsulluq qəbulu qrafiki barədə məlumat!
Ukraynada qalmağa davam edən vətəndaşlarımızın diqqətinə çatdırmaq istərdik ki, Novruz və Ramazan bayramları ilə əlaqədar 20–30 mart 2026-cı il tarixlərində konsulluq qəbulu aparılmayacaqdır.
Qeyd olunan tarixlərdə vətəndaşlarımızın üzləşə biləcəyi təcili və təxirəsalınmaz tədbirlər tələb edən hallarla bağlı aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur:
+380 95 056 95 57