Səfirin müraciəti

Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin rəsmi internet səhifəsinə xoş gəlmisiniz!

Səhifəmizdə Azərbaycan ilə Ukrayna arasında strateji xarakter daşıyan ikitərəfli münasibətlərin tarixi, inkişaf dinamikası və gələcək perspektivləri, ali və yüksək səviyyəli səfərlər, parlamentlərarası əlaqələr, ticarət-iqtisadi əməkdaşlıq, müqavilə-hüquq bazası haqqında ümumi məlumat diqqətinizə təqdim edilir. Bundan əlavə, BMT, ATƏT, AŞ, QDİƏT, GUAM və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində ikitərəfli əməkdaşlığımızın tarixi və gələcək addımlarımız haqqında məlumatlarla tanış ola bilərsiz.

Eyni zamanda, səhifəmizdə səfirliyimizin gündəlik fəaliyyəti və Azərbaycanda baş verən hadisələr haqqında aktual xəbərlər, konsulluq və viza məsələlərinə dair məlumatlar, eləcə də Azərbaycanla əlaqədar bir sıra digər informasiya mənbələrinə keçidlər yerləşdirilir.

Sizi internet səhifəmizdən istifadə etməyə, həmçinin mümkün sual və müraciətləriniz ilə əlaqədar bizimlə əlaqə saxlamağa dəvət edirik.

Səhifəmizi ziyarət etdiyinizə görə təşəkkür edirik.

Səmimi arzularla,

Elmira Axundova

Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi

Arxiv üzrə axtarış