2023-03-30

Azərbaycana hava nəqliyyatı ilə giriş zamanı COVID-19 peyvənd və ya immunitet şəhadətnamələri tələbi ləğv olunub

"Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2023-cü il tarixli, 93 nömrəli qərarına istinadən 2023-cü il 28 mart saat 06:00-dan etibarən:

  • Hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişinə icazə verilir;
  • "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında əks olunmuş vətəndaşlarına, burada daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə hava nəqliyyatı ilə Azərbaycan Respublikasına girişinə icazə verilən ölkələrin siyahısı ləğv edilir;
  • Xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir;
  • Yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılması qüvvədə saxlanılır.

Arxiv üzrə axtarış