2023-04-22

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Ukraynaya səfər etmişdir

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, üzvləri Sabir Hacıyev, Razi Nurullayev və Kamran Bayramov Ukrayna Parlamentinin dəvəti əsasında 18-20 aprel 2023-cü il tarixlərində Ukraynaya səfər etmişdirlər.

Səfər çərçivəsində nümayəndə heyəti Ukrayna Parlamenti Sədrinin müavinləri Oleksandr Kornienko və Olena Kondratyuk, Ukrayna Parlamentində Milli Məclislə dostluq qrupunun üzvləri, Ukrayna Ticarət və Sənaye Palatasının vitse-prezidenti, Taras Şevçenko adına Kiyev Milli Universitetinin prorektorları və müəllim heyəti, həmçinin “Ukrayna Azərbaycanlıları Radası” ictimai təşkilatının fəalları ilə görüşmüş, birgə iftar süfrəsində iştirak etmişdirlər.

Səfər çərçivəsində nümayəndə heyəti dəvət edən tərəfin təşkilatçılığı ilə İrpen və Buça şəhərlərində olmuş, müharibə zamanı dağıntılara məruz qalmış dağıntılarla tanış edilmişdirlər.

Deputatlarımızdan ibarət heyət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Kiyevdə və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın İrpendə abidələrini ziyarət etmiş, İrpendə Zərifə Əliyeva parkı və akademikin adını daşıyan “Linqvist” litseyini ziyarət etmiş, «Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu» ictimai təşkilatının sədri Hikmət Cavadın təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə Kiyev vilayəti Taras Şevçenko parkında keçirilmiş 100 ədəd ağacəkmə aksiyasında iştirak etmişdirlər.

Arxiv üzrə axtarış