2024-05-29

İtkin düşmüş şəxslərə və onların ailələrinə həsr edilmiş beynəlxalq rəsm müsabiqəsi elan edilmişdir

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 17 yaşdan yuxarı rəssamlar üçün beynəlxalq rəsm müsabiqəsi keçirilir.

Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərə və onların ailələrinə həsr edilmiş müsabiqəyə təqdim edilmiş əsərlər mövzu üzrə 2-3 oktyabr 2024-cü il tarixlərində Azərbaycanda keçiriləcək beynəlxalq konfrans zamanı sərgilənəcək. Ən yaxşı beş əsərin müəllifinə pul mükafatı veriləcək.

- Müsabiqənin əsas mövzuları “itkin düşmüş şəxs”, “itkin düşmüş şəxsin ailəsi” və “itkin düşmə”;

- Müsabiqə həm yerli, həm də xarici rəssamlar üçün açıqdır;

- Seçim prosesi əvvəlcədən müəyyən edilmiş münsiflər heyəti tərəfindən aparılacaq;

- Rəsmlərin ölçüsü 50 x 60 sm-dən az olmamalıdır;

- Çərçivəli rəsmlər 20 sentyabr 2024-cü il tarixinədək təqdim edilməlidir;

- Xaricdən iştirak edən rəssamlar rəsmlərinin yüksək keyfiyyətli şəkillərini narminavaliyeva94@gmail.com elektron poçt ünvanına göndərməlidirlər;

- Üç qalib seçiləcək;

- Birinci yerin qalibi 1000 manat, ikinci yerin qalibi 700 manat, üçüncü yerin qalibi 500 manat məbləğində mükafatla təltif olunacaq;

- Bundan əlavə, münsiflər heyətinin üzvlərini xüsusi heyran edən iki rəsm əsərinin hər biri 200 AZN məbləğində mükafatlandırılacaq ;

- Rəsmlər aşağıdakı ünvana təqdim edilməlidir: Rəşid Behbudov küçəsi, 3, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzi;

- Əlaqədar şəxs: Nərminə Vəliyeva +994 55 333 83 89

Mənbə 1

Mənbə 2

 

Arxiv üzrə axtarış